Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AZ-EVRO TEL” MMC telefon çəkilişi ilə əlaqədar güzəşt etdi


“AZ-EVRO TEL” MMC tərəfindən cari ilin 2 aprel tarixindən may ayının 15-dək güzəştli telefon çəkilişi kampaniyası keçirilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə  MMC-dən məlumat verilib. Kampaniyanın şərtlərinə görə, əhali kateqoriyasından olan abunəçilər bir və ya daha çox telefon nömrəsi mövcud olduğu halda, əlavə bir telefon nömrəsini pulsuz çəkdirə bilər.

Təşkilatlar isə bir və ya daha çox telefon nömrəsinə malik olduğu halda, əlavə bir və ya iki telefon nömrəsini  pulsuz  çəkdirmək  imkanı  qazanır. Yeni  çəkilən  telefon  nömrəsinin “AZ-EVRO TEL” MMC-nin internet xidmətlərinə qoşulması tələb olunur. Bu halda internet xidmətlərinə qoşulma haqqı da pulsuzdur.

Güzəştli telefon çəkilişi kampaniyasından yararlanan abunəçi azı bir il ərzində həmin telefon nömrəsini və internet xidmətlərini istifadə etməlidir. İstifadəçi bu telefon nömrəsi və ya qoşulduğu internet xidmətindən bir ildən tez imtina etdikdə telefon çəkilişi və internet xidmətlərinə qoşulma haqlarını  ödəməlidir.



 
CAHANGİR





05/04/12    Çap et