Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlər çərçivəsində SMPDK-da Sorğu Mərkəzi yaradılıb


“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Sorğu Mərkəzi yaradılıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, elektron xidmətlər çərçivəsində yaradılan Sorğu Mərkəzinin məqsədi Azərbaycanın Ümümdünya Ticarət Təşkilatındakı tərəfdaşlarının ticarətə təsir göstərə biləcək yeni və ya dəyişdirilmiş texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı bildiriş və əlaqədar sənədlərlə təmin olunmasını həyata keçirməkdir.

Mərkəzdə yerli və xarici tədbirlərlə bağlı alınmış şərhlərin baxılması üçün müvafiq tənzimləmə orqanına göndərilməsi, məhsulların və xidmətlərin dizaynı, istehsalı, marketinqi, ixracı və idxalı ilə bağlı strateji məlumatların əldə edilməsi, milli, xarici və beynəlxalq standartlar, Azərbaycan və xarici texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları da daxil olmaqla müxtəlif məsələlərə dair texniki sorğuların cavablandırılması da göstərilən xidmətlərə daxildir.

Komitədən o da qeyd edilib ki, sorğu mərkəzlərinin ümumdünya şəbəkəsi idxalçılara dəyərli yardım göstərir, şirkətlər və tənzimləyici orqanların ÜTT-yə üzv olmaları onlara böyük mənfəət gətirmiş olur.
 
HƏQİQƏT





05/04/12    Çap et