Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Köhnə kağızın "ağardılması" üsulu tapılıb


Bütün dünya alimləri artıq uzun müddətdir ki, kağızın saralması probleminin həlli üzərində çalışırlar. Bu proses təbiidir, lakin ona görə qiymətli tarixi sənəd və kitablar “məhv” olur. “İCTnews” elektron xəbər xidməti bildirir ki, İtaliyanın Tor Verqata Universitetinin əməkdaşları kağızın "köhnəlməsi" prosesinin qarşısını almaq, həmçinin saralmış səhifələri əvvəlki vəziyyətinə qaytarmaq həllini tapıblar.Artıq çoxdan məlumdur ki, kağız sellülozun oksidləşməsi və xromoforların yaranması nəticəsində saralır.

İtaliyalı alimlər əvvəllcə köhnə və yeni kağızdan çıxan əks olunan işıq dalğalarının uzunluğunu müəyyən ediblər, daha sonra müxtəlif xromoforlar vasitəsilə müəyyən edilən şüa göstəricilərini müqayisə ediblər. Nəticədə xüsusi aldehid xromoforlar aşkar edilib və məlum olub ki, məhz onlar kağızın saralmasına səbəb olur.

Alimlərin gəldiyi nəticəyə əsasən, köhnə kağızı “ağartmaq” üçün köhnə xromoforları yeniləri ilə əvəz etmək lazımdır. Qeyd edim ki, bu texnologiya hələ ki sırf nəzəri xarakter daşıyır.
 
EMİL
 






05/04/12    Çap et