Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Etik müvəkkillərə müraciət tam elektronlaşdırılır


“Elektron hökumət”ə keçidlə əlaqədar olaraq vətəndaşların dövlət orqanlarında təyin edilən etik müvəkkillərə elektron müraciət edə bilməsinin asanlaşdırılması məqsədilə müvafiq dövlət orqanlarının internet saytlarında etik bölmələrin yaradılması və həmin bölmələrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytı vasitəsilə çıxış imkanının yaradılması üçün  iş aparılıb.

  Cari il ərzində də həyata keçirilən işlər davam etdiriləcəkdir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər  DQMK-nin  “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.2-ci və 22.1.1-ci maddələrinə uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2011-ci il üzrə hesabatında yer alıb.

Hesabatda, həmçinin qeyd olunur ki, dövlət orqanlarında etik məsələlər üzrə müvəkkil institutu formalaşdırılıb və vətəndaşların etik müvəkkillərə birbaşa elektron müraciət edə bilməsi üçün həmin şəxs barəsində məlumatlar (adı, soyadı və atasının adı, tutduğu vəzifə, iş telefonu) Komissiyanın rəsmi internet saytında yerləşdirilib.


CAHANGİR





06/04/12    Çap et