Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ senatının nümayəndələri ilə RİTN-də görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ senatının aparat rəhbərləri ilə görüş keçirilib. Görüşdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır. İ.Məmmədov son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.
Bu ölkənin İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə Amerika təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən amerikalı senatorlar ölkədə qeydə alınan dinamik inkişafı, qısa müddət ərzində həyata keçirilən uğurlu islahatları təqdirəlayiq hal kimi dəyərləndiriblər.
İKT sektorunda həyata keçirilən işlərlə də yaxından tanış olduqlarını bildirən senat üzvləri sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.
Sonra «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.
SEYMUR
06/04/12 Çap et