Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqnoz: Noutbuk tədarükləri artacaq


Britaniyanın “Barclays Capital” investisiya bankında çalışan  mütəxəssislərin  proqnozuna görə, 2012-ci ilin ikinci rübündə noutbuk tədarükləri 8 faiz artacaq.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, noutbuk seqmentində tədarük göstəriciləri 3 rüb ardıcıl olaraq orta göstəricidən aşağı olub. Lakin “Barclays Capital” investisiya bankı hesab edir ki, “HDD” seqmentində vəziyyətin yaxşılaşması, həmçinin yeni “İntel Ivy Bridge” prosessorları və ultranazik leptopların çıxarılması nəticəsində noutbukların tədarük həcmləri daha aktiv şəkildə artacaq.

2012-ci ilin ikinci rübünün nəticəsinə görə, Tayvanın “ODM” istehsalçıları 39,8 milyon noutbuk tədarük edəcəklər.
 




EMİL
 
 





06/04/12    Çap et