Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Keramika korpusda ilk smartfon hazırlanıb
"Pantech" şirkəti dünyada keramika korpusda hazırlanmış "Vega Racer 2" adlı smartfonu elan edib. Aparatın təqdimatı aprelin sonu və ya mayın əvvəlinə nəzərdə tutulub.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Vega Racer 2" smartfonu 720p təsvir ölçüsünə malik 4.8 düymlü ekran və 1.5 QHs takt tezlyində işləyən ikinüvəli "Qualcomm Krait MSM8960" prosessoru ilə təchiz edilib.
EMİL
06/04/12 Çap et