Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda pasiyentlərə xəstəlik haqqında məlumatlar SMS-lə verilə bilər
Azərbaycanda mobil səhiyyə yaradıla bilər. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Türkiyənin "Timwe" şirkəti mobil səhiyyənin həllinin tətbiqini planlaşdırır. Bu barədə jurnalistlərə məlumat verən “Mobil.az” layihəsinin rəhbəri Məmməd Kərimov deyib ki, sözügedən layihənin reallaşdırılması üzrə danışıqlar Səhiyyə Nazirliyi və bir sıra özəl tibb müəssisələri ilə aparılıb.
Onun sözlərinə görə, layihə operator şəbəkələrində məlumat göndərişləri sisteminin tətbiqini nəzərdə tutur. M.Kərimov əlavə edib ki, burada əsas pasiyentin onun sağlamlıq vəziyyəti haqqında məlumatlandırılmasıdır. Belə ki, məlumat SMS şəklində virtual həkimin nəzarəti altında olan pasiyentin mobil telefonuna daxil olur: “Şirkətin bu işi hazırda dünyanın təxminən 50 ölkəsində tətbiq edilir və istifadə olunur.
Xidməti Türkiyənin “Turkcell” operatoru uğurla tətbiq edir. İstifadəçilərə xidmətə pulsuz qoşulmağa imkan verən klinikalar mövcuddur. Ümumilikdə, abunənin aylıq dəyəri simvolik olacaq və təxminən 0,30 manata başa gələcək".
SEYMUR
06/04/12 Çap et