Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin sayı 19-a çatdırılıb


Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanın icrası ilə əlaqədar, komitənin rəsmi internet səhifəsində (www.scs.gov.az) elektron xidmətlərin sayı artırılıb.

“İCTnews” elektron xəbər xidmətinin komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu istiqamətdə hüquqi və fiziki şəxslərin elektron müraciətləri, hesabatların qəbulu, cavablandırılması QKDK-nın rəsmi internet səhifəsinin elektron xidmətləri vasitəsilə həyata keçirilir.

Belə ki, 2011-ci ilin  iyun ayından etibarən 14 növ üzrə istifadəyə verilən elektron xidmətlərin sayı cari ilin aprel ayında 19-a çatdırılıb.




CAHANGİR





06/04/12    Çap et