Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələr tədqiq olunacaq
ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) potensial tərəfdaşlarına rəsmi müraciət məktubu ünvanlayıb. Müraciətdə sosial şəbəkələrdə açıq məlumatların təhlili üçün xüsusi sistemin yaradılması xahiş olunur. “Computerworld” jurnalının məlumatına görə, FTB müxtəlif təyinatlı xəritələr üzərində təhlil olunan məlumatları yerinə və vaxtına görə avtomatik təyin edən sistem əldə etmək niyyətindədir.
Sistem özünü veb-portal resurslarından asılı olmadan və təhlükəsiz şəkildə reallaşdırmalı, istifadəçi tərəfindən müəyyən olunmuş mövzularda axtarışı həm sosial saytlarda, həm də xəbər mənbələrində avtomatik gözdən keçirməlidir.
Məlumatlar tapıldıqda sistem istifadəçiyə bildiriş göndərəcək və nəticələr coğrafi xəritə üzərində əks olunacaq. Eyni zamanda bu xəritəyə metereoloji məlumatlar, peyk görüntüləri, cinayət və terrora dair informasiyalar əlavə etmək mümkün olacaq.
06/04/12 Çap et