Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uçan avtomobil uçmağı bacardı


Amerikanın Nyu-York şəhərində keçirilən 112-ci beynəlxalq avtoşounun ən maraqlı nümunəsi “Transition” adlı uçan avtomobilin təqdimatı olub. Uçan avtomobil artıq 8 dəqiqəlik ilk sınaq uçuşunu uğurla başa vurub.

İstehsalçıların sözlərinə görə, “Transition”-u avtomobildən təyyarəyə çevirmək 30 saniyə ərzində mümkündür: bunun üçün salonda xüsusi düymə var. Uçan avtomobilin eni 2,3 metr, lakin qanadlar açılı olduqda 8 metr təşkil edir.

"Transition" adlandırılmış avtomobil iki insan üçün nəzərdə tutulub. Start zamanı avtomatik açılan qanadların kənar nöqtələri arasındakı məsafə 8 metrdir. Enmədən sonra qanadlar minik avia avtomobilinin gövdəsi  boyunca yığılır. Maşın maksimal sürəti 762 metr məsafə qət etdikdən sonra toplayır və uçmağa başlayır. Maksimal uçuş hündürlüyü isə 500 metrdir.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, avtomobil uça və aeroportda enə bilər, daha sonra onunla evə getmək olar. Biz uçan avtomobilin tədarüklərinə gələn il başlamağı planlaşdırırıq" - "Terrafugia" şirkətinin nümayəndəsi Anna Ditrix bildirib.

















Emil





06/04/12    Çap et