Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə xəbər portallarına maraq artıb
Azərbaycanda əyləncə saytlarına maraq azalıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, ölkədə 4-5 il bundan əvvəl insanlar daha çox əyləncə saytlarına daxil olurdularsa, bu gün insanların maraq dairəsi dəyişib. Üstəlik, əyləncə saytlarının yaradılması tendensiyası da aşağı düşüb.
Əldə etdiyimiz məlumata görə, artıq ölkə əhalisi əyləncə xarakterli yazılardan daha çox xəbərə üstünlük verir. Elə bu səbəbdəndir ki, Azərbaycanda xəbər portallarının sayı get-gedə artmaqdadır. Orta göstəriciyə görə, hər ay 5-6 xəbər saytı yaradılır. İnternet istifadəçilərinin xəbər saytlarına girişləri də artıb.
Mütəxəssislərin fikrinə görə, bu, ölkədə azad internetin və azad internet qəzetlərinin olması ilə əlaqədardır. Üstəlik, internet portalları arasında sağlam rəqabət və bu sahəyə peşəkarların da cəlb olunması öz müsbət təsirlərini göstərib.
SEYMUR
07/04/12 Çap et