Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanlar elektron kitabları daha həvəslə oxuyurlar
"Pew Research Center" şirkətinin analitikləri tərəfindən 16 yaşdan yuxarı 3000 könüllü arasında keçirilmiş sorğunun nəticəsi əsasında müəyyən edilib ki, elektron kitablara malik insanlar ənənəvi çap nəşrlərinə üstünlük verənlərlə müqayisədə daha çox kitab oxuyurlar.
"İCTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, hesabatda qeyd edilmiş rəqəmlər arasındakı fərq nəzərə çarpır. Belə ki, elektron kitab sahibləri son il ərzində orta hesabla 24 kitab oxuyublar. Kağız nəşrlər isə 1,5 dəfə daha az oxunub. Bununla belə analitiklər qeyd ediblər ki, elektron kitablardan istifadə edən insanlar kağız nəşrdən tamamilə imtina etməyiblər.
Şirkət tərəfindən keçirilmiş sorğuya əsasən müəyyən edilib ki, insanlar elektron kitabları nəqliyyatda oxumağa üstünlük verirlər. Lakin insanlar kitabları təklikdə və ya uşaqla birlikdə oxumaq üçün əvvəlki kimi onun çap nəşrlərinə üstünlük verirlər.
EMİL
07/04/12 Çap et