Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada heç bir hakerin “sındıra” bilməyəcəyi alqoritm hazırlanıb


Toronto Universitetində çalışan kanadalı alimlər Viqo Universitetində işləyən  ispan kolleqaları ilə birgə yeni təkmilləşdirilmiş şifrləmə alqoritmi təqdim ediblər. Mütəxəssislərin rəsmi bəyanatına əsasən, bu alqoritm dünyada heç bir haker tərəfindən “sındırıla” bilməz.

“İCTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, kvant şifrləməsi yeni deyil və onun əvvəlki bütün alqoritmləri hakerlər tərəfindən “sındırılıb”. Yeni alqoritmin texnologiyası ona əsaslanır ki, şifrlənmiş məlumatlar üçün açar xüsusi işıq siqnalı şəklində ötürülür, qəbul edən tərəf isə informasiyanın deşifrə edilməsi üçün foton detektorlarından istifadə edir.

Yeni alqoritmin tərtibatçıları xüsusi detektorlardan istifadə etməklə “tam təhlükəsizliyə” nail ola biliblər. Məlumat üçün bildirim ki, xüsusi detektorlar məlumatların xüsusi "nəzarət toplamını" əvvəlcə ötürən, sonra isə qəbul edilən tərəfdə müqayisə edir. Şifrəni “sındırmaq” və ya məlumatları ələ keçirmək üçün edilmiş istənilən cəhd ona dəyişikliklər edir.



 
EMİL





07/04/12    Çap et