Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” şirkəti Avropada fəaliyyətini genişləndirmək niyyətindədir


“Skype” internet-telefoniya xidməti öz fəaliyyətini  genişləndirir və Avropada yeni əməkdaşlar işə götürür.
“İCTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki,  “Skype” şirkəti Londonda yeni texnologiya mərkəzi istifadəyə verir və bu şəhərdə çalışan əməkdaşların sayını 330-a qədər artırmağı planlaşdırır.

Əməkdaşların işə götürülməsinin ilk mərhələsi cari il iyunun sonunda başa çatacaq.
“BBC News”-un xəbərinə görə, Böyük Britaniya hökumətinin “Skype” xidmətinə nəzarət etməsi faktı belə şirkətin işlərinə mane ola bilməyib.

“The Wall Street Journal” yazıb ki, “Skype” Londonda əməkdaşları işə götürməklə bərabər, öz ştatını Stokholm, Tallin, Praqa və Palo-Altoda da genişləndirəcək.

Məlumat üçün bildirim ki, 2011-ci ildə “Microsoft” korporasiyası “Skype” şirkətini 8,5 milyard dollara satın alıb.

“Skype” şirkətinin əsası 2003-cü ildə qoyulub. “Skype” xidmətində  qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 500 milyonu ötür, xidmətin aylıq auditoriyası isə 170 milyon istifadəçiyə çatır.
 
EMİL





07/04/12    Çap et