Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yenə “Yahoo”nu tərk etdilər
"Yahoo" internet şirkətinin məhsullar üzrə direktoru Bleyk İrvinq şirkəti tərk edir.
"İCTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, şirkətdə aparılan struktur dəyişilmələri "Yahoo"-nun baş direktoru Skott Tompsonun strateji təşəbbüsü ilə baş verib. Məlumat üçün bildirim ki, o, bu vəzifəyə 2012-ci il yanvarın əvvəlində təyin edilib.
2010-cu ildən "Yahoo"-da çalışan İrvinq şirkəti öz istəyi əsasında tərk edir; şirkətin onu saxlamaq cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb.
Bleyk İrvinqin şirkəti tərk etməsinin səbəbi haqqında heç bir məlumat verilməyib. Lakin "All Things Digital" nəşrinin məlumatına görə, İrvinq "Yahoo" internet şirkətinin rəhbəri tərəfindən seçilmiş yenidən strukturlaşdırma strategiyasını dəstəkləməyib.
Məlumat üçün bildirim ki, "Yahoo" şirkətində keçən ildən bəri korporativ böhran yaşanır. 2011-ci il ərzində şirkətin illik mənfəəti 21% azalaraq 4,98 milyard dollar təşkil edib.
EMİL
07/04/12 Çap et