Elektron ticarət portalı barədə məlumatlandırma tədbirləri davam edir
İqtisadi İnkişaf Nazirliyi (İİN) “www.b2b.az” elektron ticarət portalı barədə rayonlarda məlumatlandırma tədbirlərini davam etdirir. Qurumun növbəti tədbiri Astarada keçirilib. Belə ki, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunda sahibkarlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda treninq təşkil olunub.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və “SWOT” təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.
Bundan başqa, İİN-in və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış “w
ww.b2b.az” elektron ticarət portalının biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlardan danışılıb. İştirakçılar portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə də məlumatlandırılıblar.
HƏQİQƏT