Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 1000-dən çox internet istifadəçisi həbs edilib


Çin hakimiyyəti "internet-cinayətkar”lara qarşı aktiv mübarizə aparır. Artıq 1000-dən çox insan həbs edilib, 16 sayt bağlanıb və 208 min "təhlükəli mesaj" silinib. Yerli tənzimçinin kəskin tənqidə məruz qalan saytlar arasında Çinin bir neçə böyük portalı da var.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, hakimiyyət bundan sonra da şayiələrin yayılması ilə mübarizəni davam etdirmək niyyətindədir. Həmçinin “Ümumdünya hörümçək toru”nda "yanlış" informasiyanın olmaması üçün hakimiyyət yerli provayderlərə gücləndirilmiş tədbirlərə başlamağı tövsiyə edib.
 







EMİL
 
 
 






10/04/12    Çap et