Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergi ödəyicilərinin 25,4 faizi elektron xidmətlərlə maraqlanıblar


2012-ci ilin mart ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 20.496, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 9490 müraciət cavablandırılıb, 7.231 vergi ödəyicisi mesaj göndərilməklə məlumatlandırılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2011-ci ilin mart ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 14,5% artıb, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı isə əksinə, 15,1% azalıb.  

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,4%), vergi növləri (17,5%), qeydiyyat (17,1%), hesabatlar və onların doldurulma qaydaları (13,4%), büdcə və vergi orqanının rekvizitləri (10,3%) ilə maraqlanıblar. Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib. 

Vergi ödəyicilərindən daxil olan sualların 98,7%-nə müfəttiş-operatorlar dərhal, 1,3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər.  Sualların 86,7%-i Bakı şəhərindən, 9,3%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.
Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 34 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.


CAHANGİR





10/04/12    Çap et