Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yenilənmiş “Chrome” veb-səyyahında maraqlı xəta aşkarlanıb


"Google Chrome" veb-səyyahının yeni versiyasında maraqlı xəta aşkar edilib; istifadəçilər "Google"-un şəxsi xidmətlərinə və digər populyar xidmətlərə daxil ola bilmirlər.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "SSL" təhlükəsiz əlaqə protokolundan istifadə edən səhifəyə daxil olmaq istədikdə "Chrome 18" serverin sertifikatının etibarsızlığı haqqında xəbərdarlıq edir və saytı bloklayır.



















Problemin "Windows 7" əməliyyat sisteminin 64 bit versiyası üçün xarakterik olduğu qeyd edilib.
"Google" şirkətinin nümayəndələri istifadəçilərin şikayətlərinə reaksiya veriblər və bildiriblər ki, veb-səyyahın 18.0.1025.151 versiyasında aşkar edilmiş problem qısa müddətə həll ediləcək.




EMİL





10/04/12    Çap et