Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsinə daxil olanların sayı artır


"Experian Hitwise"-in hesablamasına görə, cari ilin martında "Google+" sosial şəbəkəsinə daxil olan amerikalı istifadəçilərin sayı 61 milyonu ötüb. Bu göstərici fevral ayı ilə müqayisədə 27% çoxdur.

"İCTnews.az" elektron xəbər xidməti "net.compulenta.ru" saytına istinadən  bildirir ki, "Google+" xidməti 2011-ci ilin iyunun sonunda istifadəyə verilib. Hesablamalara görə, artıq iyulun ortasında sosial şəbəkə istifadəçilərinin  sayı 10 milyonu ötmüşdü.

Oktyabrın ortasında isə sosial şəbəkənin auditoriyası 40 milyon, dekabrın 1-də isə 50 milyonu ötmüşdü.
"Google" şirkətinin baş direktoru Larri Peycin sözlərinə görə, hazırda sosial şəbəkədə 100 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, "Google+" xidmətinin əsas rəqiblərindən biri olan "Facebook" sosial şəbəkəsinin auditoriyası 800 milyondan çoxdur.
 


EMİL
 






10/04/12    Çap et