Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr populyarlıq reytinqlərinə başçılıq edir


Son tədqiqat məlumatlarına əsasən, digərləri ilə müqayisədə nisbətən gənc olan “Pinterest” sosial şəbəkəsinin populyarlığı sürətlə artır və artıq ABŞ-da ən çox ziyarət edilən saytların üçlüyünə daxil olub. Bu göstərici üzrə yalnız “Facebook” və “Twitter”dən geri qalır.

Belə ki, 2012-ci ilin martında istifadəçilər “Pinterest” sosial şəbəkəsinə 104 milyon, “Facebook”a 7 milyard və “Twitter” mikrobloqlar xidmətinə 184 milyon dəfə daxil olublar.

“İCTnews.az” elektron xəbər xidməti “pitbut.ru” saytına istinadən bildirir ki, “Pinterest” sosial şəbəkəsində istifadəçilər fotolarla paylaşa bilərlər. Onlar sayta foto yükləyə, kolleksiya təşkil edə və onları dostlarla paylaşa, həmçinin digər sosial xidmət istifadəçilərinə fotoların istinadlarını göndərə bilərlər.

Məlumat üçün bildirim ki, “Pinterest” sosial şəbəkəsi 2010-cu ilin martında istifadəyə verilib və indiyə kimi beta-rejimdə işləyir. Aparılmış tədqiqata əsasən məlum olub ki, bu sosial şəbəkənin 60% istifadəçisi qadınlardan ibarətdir.
 
EMİL
 





10/04/12    Çap et