Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanın şəxsiyyətini onun çəkisi və ayaq ölçüsünə görə təyin edən panel
“IBM” korporasiyasının mütəxəssisləri multisensor döşəmə adlı ən yeni hazırlamalarını patentləşdiriblər. Mültisensor döşəmə evdəki döşəməni sensor panelə çevirən xüsusi örtükdür. İstehsalçılar iddia edirlər ki, belə döşəmənin bir çox faydalı tətbiq variantları ola bilər.
“İCTnews.az” elektron xəbər xidməti “pitbut.ru” saytına istinadən bildirir ki, məsələn, tənzimçiləri elə proqramlaşdırmaq olar ki, o, insanın şəxsiyyətini onun çəkisi və ayaq ölçüsünə görə təyin etsin. Əgər döşəməyə naməlum şəxs ayaq bassa, sistem həyəcan qaldıra və polis çağıra bilər. Tənzimçilər, həmçinin otaqdakı insanların sayını izləyə və "artıqları" müəyyən edə bilər. İnsan otağa daxil olduqda sensor döşəmə işığı avtomatik yandıra bilər.
İstehsalçıların sözlərinə görə, sensor döşəmənin bəzi funksiyaları son dərəcə mürəkkəbdir, həm də faydalıdır. Məsələn, tənzimçiləri elə sazlamaq olar ki, onlar kiminsə döşəmədə uzandığını aşkar etdikdə təcili yardım çağıra bilsinlər.
“IBM” korporasiyası sensor döşəmələri gələcəyin "ağıllı evlər”inə quraşdımağı planlaşdırır. Texnologiya hələ ki praktikada tətbiq edilməyə hazır deyil və sınaq mərhələsindədir.
EMİL
10/04/12 Çap et