Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-York şəhərində interaktiv sensor taksofonlar quraşdırılacaq


Nyu-York şəhərinin hakimiyyəti taksofonlara ikinci "həyat" verməyi qərara alıb. Şəhər administrasiyası taksofonların internetə çıxış imkanına malik 32 düymlü sensor ekranlarla əvəz edilməsinə dair pilot layihəyə başlanğıc verib. Layihənin birinci mərhələsində 250 belə qurğu quraşdırılacaq. Nəticədə 12800 taksofonun hamısı dəyişiləcək.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, şəhər sakinləri və qonaqlar ən yaxın restoran, mağaza, yerli diqqətəlayiq məkanlar haqqında müxtəlif informasiyanı pulsuz əldə edə biləcəklər.

Nəticədə, futurizm taksofonları "Wi-Fi" rolunu yerinə yetirəcəklər  və "Skype" internet telefoniya xidməti vasitəsilə əlaqə saxlamağa imkan  verəcək.


 
EMİL
 





10/04/12    Çap et