Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RRB: “Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır”
Azərbaycanın rabitə administrasiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır. Bu barədə Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir.
Məsələyə aprelin 3-də Qazaxıstanda keçirilən RRB-nin İnformasiyalaşdırma Komissiyasının 27-ci iclası çərçivəsində baxılıb.
İclas iştirakçıları RRB iştirakçı ölkələrində "elektron hökumət"in yaradılmasının gedişi, bununla əlaqədar həyata keçirilən idarələrarası elektron qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, eləcə də vətəndaşların elektron xidmətlərin əldə olunmasına çıxışının müxtəlif mexanizmləri ilə tanış olublar.
Qeyd olunub ki, RRB ölkələrinin beynəlxalq inteqrasiyasının vəzifələri müdafiə olunan elektorn sənədlərin mübadiləsi üçün şəraitin təmin olunmasını tələb edir. Beləliklə, transsərhəd informasiya mübadiləsində elektron sənədlərin hüquqi əhəmiyyətinin tanınması RRB iştirakçısı olan dövlətlərin əməkdaşlığının səmərəliliyini artırmağa imkan verir.
11/04/12 Çap et