Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin informasiya nazirlərinin konfransı keçiriləcək


Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) məlumatına görə, aprelin 19-20-də Qabonun paytaxtı Librevildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin informasiya nazirlərinin 9-cu konfransı keçiriləcək.
Konfransda "Media texnologiyaları sülhün və inkişafın keşiyində" mövzusunda müzakirələr aparılacaq.

İnformasiya nazirləri, həmçinin müsəlman jurnalistlər birliyinin yaradılması, İƏT-in bəzi ölkələrdə informasiya bürolarının açılması ilə bağlı təklifləri, Qlobal Rəqəmsal Həmrəylik Forumu (Global Digital Solidarity Fund (DSF)) ilə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı diskussiyalar aparacaqlar.
 





11/04/12    Çap et