Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” paketinin “Symbian” ilə işləyən smartfonlar üçün versiyası


“Microsoft Office” ofis proqramlar paketinin “Symbian Belle” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün versiyası çıxarılıb.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, paket “Word Mobile” mətn redaktoru, təqdimatlarla işləmək üçün “PowerPoint Mobile” proqramı və “Excel Mobile” cədvəl redaktorundan ibarətdir.

Paketi smartfonda “Nokia Software Update” utiliti və ya “Nokia Suite” müştərisi vasitəsilə quraşdırmaq olar.
Hazırda paketi “Nokia 701”, “Nokia 700”, “Nokia 603”, “Nokia E7”, “Nokia X7”, “Nokia C7”, “Nokia Oro” və “Nokia C6-01” aparatlarına quraşdırmaq olar.

“Nokia”nın bloqunda qeyd edilib ki, “Word”, “PowerPoint” və “Excel” proqramları əvvəlcədən 41 meqapikselli “Nokia 808 PureView” smartfonuna quraşdırılacaq.

“Gartner” analitik şirkətinin hesablamalarına görə, 2011-ci ilin dördüncü rübündə “Symbian” əməliyyat sisteminin bazar payı 11,7% təşkil edib. Müqayisə üçün: 2010-cu ilin sonunda onun payı 32.3% olub.
 
EMİL





11/04/12    Çap et