Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Radiomonitorinq Şəbəkəsi onlayn rejimində işləyəcək


Azərbaycanda ilk dəfə olaraq yaradılmaqda olan Respublika üzrə Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Bu barədə "İCTNews"a məlumat verən  RİTN Dövlət Radiotezliklər İdarəsinin(DRİ) baş mühəndisi İlham Əfəndiyev bildirdi ki, Mehdiabad, Günəşli və Sahil qəsəbələrində layihə üzrə işlər başa çatıb.

Regionlarda da uyğun layihənin həyata keçiriləcəyini bildirən baş mühəndis bildirdi ki, hazırda radiomonitorinq sistemi bütün radioelektron vasitələrin qeydiyyatını, bu avadanlıqlardan qeydiyyatsız istifadənin qarşısının alınmasını, tezliklərin düzgün, səmərəli istifadəsini, efirə nəzarəti, onun kənar maneələrdən qorunmasını nəzərdə tutur.

Qeyd edək ki, radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, onlayn rejimində bütün respublikanı əhatə edəcək. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından da çox əhəmiyyətlidir.
 





11/04/12    Çap et