Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Həşəratları məsafədən idarə etmək üçün texnologiya hazırlanır


Amerika və İsrail alimləri həşəratları məsafədən idarə etmək üçün texnologiya hazırlayırlar. Mütəxəssislər əmindirlər ki, yeni texnologiya əsasında mükəmməl biorobotlar yaratmaq mümkün olacaq.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, hazırda alimlər milçək, cırcırama və böcəklərin hərəkətlərini tədqiq edirlər.

Quraşdırılmış müxtəlif tənzimçilər və kameralar uçuş və tullanmalar zamanı onların hərəkətlərini qeyd edir, xüsusi elektrodlar isə həşəratların əzələlərindəki elektrik siqnallarını toplayır. Mütəxəssislər gələcəkdə yazılmış siqnalları həşəratların əzələlərinə göndərməyi öyrənmək istəyirlər. Əgər bu alınsa, o zaman həşəratlar əvvəlcədən təyin edilmiş marşrut üzrə hərəkət edəcəklər.


 
EMİL





11/04/12    Çap et