Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” parçalanır


"Yahoo" internet şirkəti 3 bölməyə ayrılacaq. Bu barədə şirkətin direktoru Skott Tompson bildirib.
"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, şirkətin "istehlak" bölməsi sosial şəbəkə, axtarış sistemi, poçt xidməti, "Flickr" fotohostinqi və elektron ticarətlə məşğul olacaq. Birinci bölməyə Ros Levinson rəhbərlik edəcək.

"Regional" adlandırılmış ikinci istiqamət şirkətin reklam biznesi ilə məşğul olacaq. "Yahoo" internet şirkətinin texnologiya bölməsi isə infrastrukturu dəstəkləyəcək.

Məlumat üçün bildirim ki, əvvəllər "PayPal" ödəniş sisteminə rəhbərlik etmiş Skott Tompson 2012-ci ilin əvvəlində "Yahoo"nun baş direktoru olub.





 
EMİL





11/04/12    Çap et