Ali Məhkəmənin saytında xidmətlərlə bağlı elektron siyahı yerləşdirilib
Ali Məhkəmənin rəsmi internet səhifəsində (
www.supremecourt.gov.az) əhalinin müraciət etmək imkanının asanlaşdırılması ilə yanaşı, informasiya almaq hüququnun təmin olunması məqsədilə elektron xidmətlər bölməsi fəaliyyət göstərir.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bölmədə Ali Məhkəmənin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında baxılacaq işlərin gündəlik və həftəlik elektron siyahıları yerləşdirilib.
Siyahılar vasitəsilə vətəndaşlara təyin olunmuş işlərin nömrələri, daxil olduğu tarix, iddiaçılar, cavabdehlər, iddianın mahiyyəti və sədrlik edən hakim haqda məlumat əldə etmək imkanı təqdim olunur.
İşlər haqqında məlumat və qərar üzrə axtarış bölmələrində isə iş və qərarlarla ətraflı tanış olmaq mümkündür. Bununla yanaşı, vətəndaşlar üçün ərizə, şikayət, təkliflər və qəbulla əlaqədar onlayn müraciət imkanları yaradılıb.
CAHANGİR