Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin kapitallaşdırma dəyəri 600 milyard dolları ötüb


“Apple” şirkətinin kapitallaşdırma dəyəri 600 milyon dolları ötüb. Bundan əvvəl yalnız bir şirkətin kapitallaşdırma dəyəri bu qiymət həddini keçmişdi; 1999-cu il dekabrın 30-da “Microsoft” korporasiyasının kapitallaşdırma dəyəri 619 milyard dollar təşkil etmişdi.

Məlumat üçün bildirim ki, “Apple” şirkətinin bazar kapitallaşdırması 2012-ci il fevralın 29-da 500 milyard dolları ötmüşdü. “Topeka Capital Markets” şirkətinin proqnozuna görə, bir çox ölkələri əhatə etmiş qlobal "Apple qızdırması" sayəsində şirkətin səhmlərinin qiyməti 1 il ərzində 1000 dolları ötə bilər.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “Topeka” şirkətinin birja analitiki Brayen Uaytın fikrincə, “Apple”-ın səhmlərinin qiyməti 60% arta bilər. "Artım yeni “iPhone” smartfonunun çıxarılması, şirkətin Çin bazarında uğurlar əldə etməsi, həmçinin televiziya bazarına çıxması fonunda gözlənilir. “Apple qızdırması” bütün dünyanı əhatə edir" - Uayt qeyd edib.



 
 
EMİL
 





11/04/12    Çap et