Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə 119 milyon planşet kompyuter satılacaq


“Gartner” analitik şirkətinin proqnozuna görə, 2012-ci ildə 118,9 milyon planşet kompyuter satılacaq. Əgər proqnoz düz olsa, bu göstərici 2011-ci ildə satılmış planşetlərin (60 milyon) sayını 98% ötəcək. Mütəxəssislər 2016-cı ildə 369 milyon planşet satılacağını proqnozlaşdırıblar.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “Apple” şirkətinin “iOS” platforması planşetlərdə quraşdırılmış əməliyyat sistemləri (ƏS) bazarında liderliyini qoruyub saxlayacaq və 2012-ci ildə onun payı 61,4% təşkil edəcək.

“İOS” platformasının ən yaxın izləyicisi “Android” ƏS-i olacaq. Analitiklər bildiriblər ki, “Google” platforması onun potensialını həqiqətən göstərə bilən əlavələrin məhdudluğu səbəbindən planşet bazarında ləng inkişaf edir. Bununla belə “Gartner” analitik şirkəti qeyd edib ki, “Android“ platforması 2016-cı ilədək bazarın 37%-nə sahiblənərək  “iOS” platformasına daha da yaxınlaşacaq.

“Windows 8” əməliyyat sistemindən gözlənilənlərə baxmayaraq, 2012-ci ildə onun payı təxminən 4% təşkil edəcək, hərçənd 2016-cı ilədək 12%-ə qədər artacaq. “Windows 8” əməliyyat sisteminin populyarlığının az olması bu platformanın biznes-istifadəçilər üçün nəzərdə tutulmasıdır.
“ABI Research” şirkətində çalışan tədqiqatçıların hesablamalarına görə,  ucuz planşetlər bazarda lider mövqeni bir neçə ildən sonra tutacaqlar.

EMİL





11/04/12    Çap et