Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
XİN vizaları elektron qaydada verə bilər
«Azərbaycanın digər qurumları kimi Xarici İşlər Nazirliyi də ölkədə «elektron hökumət» quruculuğu prosesinə qoşulub. Bu proses çərçivəsində də müvafiq işlər görülür». Bu fikirləri "İCTnews" elektron xəbər xidmətinin əməkdaşına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib.
O bildirib ki, yaxın zamanlarda XİN-in internet səhifəsində elektron viza müraciəti ilə bağlı və akkreditasiya kimi məsələlərlə əlaqədar elektron xidmətlər təklif oluna bilər: «Amma hazırda bu məsələlərə baxılır və qərar qəbul olunduğu təqdirdə bu işlər həyata keçiriləcək. Buraya vizanın alınması üçün elektron müraciətlərin edilməsi də daxildir».
SEYMUR
11/04/12 Çap et