Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sənəd qəbulu komissiyalarının üzvləri “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumatlandırılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 11-də 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd qəbulu komissiyaları ilə seminar-məşğələ keçirib.
TQDK-nın yaydığı məlumata görə, seminarda komissiyanın inzibati binasından Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub.
Tədbirdə komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, sektor müdirləri Hidayət Zeynalov və İlqar Allahverdiyev, regional bölmələrin əməkdaşları, 50-dək Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak etmişlər.
Seminar-məşğələni giriş sözü ilə açan A.Bağırov ərizə qəbulu ilə bağlı geniş məlumat verib. Qeyd edib ki, builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər.
Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib.
Daha sonra SQK üzvlərinə “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib.
Qeyd edək ki, cari ildə abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 128- SQK təşkil olunub.
CAHANGİR
11/04/12 Çap et