E-ticarət bölgələrdə də genişlənəcək
Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.
Nazirlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə
http://www.b2b.az/ elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.
Seminar çərçivəsində iştirakçılara İİN-in Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanaraq onları maraqlandıran suallar cavablandırılıb.