Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Respublika üzrə elektron formada göndərilmiş vergi bəyannamələrinin xüsusi çəkisi 92,5 faiz təşkil edib
Bu ilin I rübü ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 18 min 994, ötən ilin iyul ayının 1-dən cari ilin aprel ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 21 min 478 olub. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 1 aprel 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 436737 nəfərə çatıb.
Cari ilin yanvar-mart ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi isə 92,5 faiz təşkil edib.
CAHANGİR
12/04/12 Çap et