Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “NFC” dəstəkli ilk “Windows” smartfonunu təqdim edib


“Nokia” şirkəti “Lumia 610 NFC” smartfonunu təqdim edib; onun satışları üçüncü rübün əvvəlində başlayacaq.

“İCTnews.az” elektron xəbər xidməti “hard.compulenta.ru” saytına istinadən bildirir ki, təqdim edilmiş aparat “Nokia” şirkətinin “Windows Phone” əməliyyat sistemi ilə işləyən və “NFC” mikroçipi ilə təchiz edilmiş ilk smartfonudur.

Aparatın sahibləri “Near Field Communication” (NFC) simsiz rabitə texnologiyası vasitəsilə kontaktsız ödənişlər və müxtəlif aksessuarlar arasında məlumat mübadiləsi həyata keçirə bilərlər.

“Lumia 610 NFC” smartfonu 256 MB əməli yaddaş, 8 qiqabaytlıq fləş daşıyıcı, 3,7 düym diaqonala malik (480×800 nöqtələr) sensor ekran, “Wi-Fi”, “Bluetooth 2.1” və “GPS” modulları ilə təchiz olunub. Aparat, həmçinin  5 meqapikselli kamera, FM tyuner, “MicroUSB 2.0” portu və qulaqlıqlar üçün 3,5 mm “yuva” ilə təchiz olunub.

“Lumia 610 NFC” modeli GSM 850/900/1800/1900 MHs və “WCDMA” 850/900/1900/2100 MHs mobil şəbəkələrində istifadə üçün nəzərdə tutulub. Aparatın avtonom iş müddəti səsli məlumatların ötürülməsi rejimində 10,5 saata və zəngin gözlənməsi rejimində 720 saata çatır. Onun ölçüləri 119×62×12 mm, çəkisi isə 135 qr. təşkil edir.

EMİL
 





12/04/12    Çap et