Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet Avropanın son ümididir
Hazırda Avropa son 30 ildə ən çətin iqtisadi dövrünü yaşayır. Şərqi Avropa isə daha ağır durumdadır. Hökumətlər vəziyyəti düzəldə bilmir, ona görə də bir tərəfdən vergiləri qaldırır, digər tərəfdən isə pensiya və maaşları azaldır. İşsizlik sayı da getdikcə artmaqdadır. Ancaq bütün ümidlərin boşa çıxdığını da demək doğru deyil. İndi Avropa böhrandan çıxış yolunu internetdə və ondan əldə olunacaq gəlirdə görür.
“İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, köhnə qitənin internetdə iqtisadiyyatı gücləndirmək istiqamətində qurduğu sistem genişlənərsə, Avropa əvvəlki qüdrətini bərpa edə biləcək. Hazırda Avropa ölkələrinin illik gəlirlərinin 12 faizini internetdən əldə olunan vəsaitlər təşkil edir.
İqtisadçıların hesablamalarına görə, internetdən gəlirin həcminə görə, Avropa hətta əhali sayı çox böyük olan Çini də qabaqlayır. Üstəlik, ümumdünya maliyyə böhranı zamanı meydana gələn minlərlə işsiz insan məhz onlayn alış-verişlə özlərinə iş tapa biliblər.
Lakin ekspertlər onu da əlavə edirlər ki, internet sosial və iqtisadi sahələrdə özünü doğrultsa da, siyasi sferada eyni sözləri demək olmaz. Çünki bəzi ölkələrdə internet siyasi sabitliyi pozmaqda narazılar üçün böyük vasitə olub.
SEYMUR
12/04/12 Çap et