Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” məhsulların istehsalını başqa şirkətə həvalə etdi
Növbəti nəsil “iPhone” istehsalı ilə Tayvan şirkəti “Pegatron Technology” məşğul olacaq. Şayiələrə görə, artıq “Apple” şirkəti 15 milyon kommunikatorun istehsalını sifariş edib.
Qeyd edək ki, “Apple” “iPhone 4”-ün CDMA versiyasının istehsalı vaxtı “Pegatron” ilə əməkdaşlıq edib. 10 milyon belə smartfona sifariş “Pegatron”un istehsal gücünün genişlənməsini və ştatın artımını stimullaşdırıb. Ancaq CDMA şəbəkə dəstəkli “iPhone 4”-ə aşağı tələbata görə bu aparat tədarükləri 4 milyonu ötməyib. Qeyri-rəsmi məlumata görə, yeni nəsil “iPhone” smartfonu, 2 nüvəli “А5” prosessoru və 8 meqapiksellik matris ilə kamera (iPhone 4-də 5 meqapiksellik kamera tətbiq edilib) ilə təchiz olunacaq. Ehtimal edilir ki, kommunikatorlar satışa oktyabrda çıxardılacaq.
06/07/11 Çap et