Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gartner”: Kompyuter bazarında artım qeydə alınıb
“Gartner” analitik şirkəti fərdi kompyuter satışları ilə bağlı birinci rübün nəticəsini elan edib. Nəticə gözlənilənin əksi olub. Belə ki, satışlar artıb. “Gartner” analitik şirkəti qeyd edib ki, vəziyyətin düzəlməsi Avropa iqtisadiyyatının yaxşılaşması, həmçinin real bazarda mühüm kompyuter komponentlərinin, xüsusilə mikroprosessor, sərt disk və yaddaş çiplərinin daha aktiv satışları fonunda baş verib.
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, “Gartner” analitik şirkətinin məlumatına görə, birinci rübdə 83 milyon yeni kompyuter satılıb. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 1,9% çoxdur.
Məlumat üçün bildirim ki, bu gün, həmçinin “IDC” şirkəti fərdi kompyuter satışları ilə bağlı birinci rübə dair hesabatını dərc edib və fərdi kompyuter sahəsində satışların artmasını qeyd edib.
Hər 2 şirkətin məlumatlarına əsasən, birinci rübdə “Hewlett-Packard” şirkəti (17,2%) ən böyük fərdi kompyuter satıcısı olub. Əsas beşliyə, həmçinin “Lenovo”, “Dell”, “Acer” və “Asustek” şirkətləri daxil ediliblər.
EMİL
12/04/12 Çap et