Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxşı yuxu görmək istəyirsiniz?


Böyük Britaniyada yerləşən Hartfordşir Universitetinin psixoloqu Riçard Vayzman yuxunu idarə etmək nəzəriyyəsini yoxlamaq üçün sınaq keçirmək qərarına gəlib. Psixoloq “YUZA” şirkətindən olan istehsalçıların köməyi ilə smartfonlar üçün “Dream:ON” adlı əlavə yaradıb; əlavə insanların yaxşı yuxu görməsini təmin etməlidir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, əlavə pulsuz yayılır. Onu smartfona yükləmək, zəngli saatı lazımi vaxta təyin etmək, "xoş melodiya" seçmək və aparatı başın ətrafında qoşulu vəziyyətdə qoymaq lazımdır.

Proqram səs-küyləri mikrofon vasitəsilə təhlil edərək yuxuda insan başının hərəkətlərini izləyir. İnsan tez yuxu mərhələsinə daxil olduqda daha az hərəkət edir və proqram seçilmiş melodiyanı oxutmağa başlayır və nəzəri olaraq insan yaxşı yuxu görməlidir.

Psixoloq Riçard Vayzman qeyd edib ki, onun yuxuları musiqi vasitəsilə idarəetmə imkanına dair nəzəriyyəsi hələ yoxlanmalıdır. Buna görə də o, proqramı sınaqdan keçirməyi və sonra hesabatı ona göndərməyi təklif edir. Psixoloq sınağın ilk nəticələrini 2 aydan sonra təqdim etməyi planlaşdırır.
 
EMİL
 
 





12/04/12    Çap et