Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib. Avstriya nümayəndə heyətinə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin nazir müavini Andreas Reynxart rəhbərlik edib.
Görüş zamanı Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə informasiya və kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Andreas Reynxart qeyd edib ki, İKT sektorunun dinamik inkişafı fonunda iki ölkə arasında mövcud olan əlaqələr daha sürətlə inkişaf etməyə davam edəcəklər.
O, informasiya texnologiyaları sahəsində daha sıx əlaqələrin inkişafı və nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğuladı. Görüş iştirakçıları bir sıra məsələ ilə bağlı fikir mübadiləsi ediblər.
Tədbirdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, dövlət müəssisələrinin və ölkəmizdəki İT şirkətlərinin nümayəndələri, Avstriya tərəfindən isə telekommunikasiya sektorunu təmsil edən Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin və Avstriya şirkətlərinin nümayəndələri iştirak ediblər.
12/04/12 Çap et