Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyalı alimlər nanobeton hazırlayıblar


Şimal (Arktika) Universitetinin əməkdaşları betonun möhkəmliyinin nanozərrəciklər vasitəsilə artırılması üçün texnologiya hazırlayıblar. Onun yaradılması üçün mətbəx mikserinə oxşar cihaz istifadə olunur. Mütəxəssislər qurğu vasitəsi ilə nanozərrəciklərin sementlə qumun qarışığını  necə dəyişdirə biləcəyini araşdırırlar.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, alimlərin sözlərinə görə, texnologiya sərhəd tanımır.

Məsələn, beton ən yüksək hərarətdə möhkəmliyini saxlaya bilər, həmçinin şaxtaya davamlı və ya sukeçirməyən ola bilər. "Biz betonun xüsusiyyətlərini təyin edə bilərik. Hazırlanmış əlavədən istifadə edərək, biz standart betonla müqayisədə daha möhkəm beton əldə edə bilərik" - universitetdən bildiriblər.






 
EMİL





12/04/12    Çap et