Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Java” artıq ən populyar proqramlaşdırma dili deyil


“Java” artıq ən populyar proqramlaşdırma dili deyil. Bu barədə “TIOBE Programming Community Index” indeksində qeyd edilib. Bu indeksdə qeyd edilmiş məlumata görə, “Java” proqramlaşdırma dili son 10 il ərzində lider mövqedə qərarlaşmışdı. İndeksi tərtib edənlər bildiriblər ki, son bir neçə il ərzində “Java” dilinin populyarlığının azalması görsənirdi və artıq bu proqramlaşdırma dili öz mövqeyini “C” proqramlaşdırma dilinə verib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “C” və “Java”-dan əlavə, ən populyar proqramlaşdırma dilləri sırasına, həmçinin “C++”,” Objective-C” və “C #” dilləri də daxil edilib.
 






EMİL
 
 





12/04/12    Çap et