Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar Mobile” abunəçiləri bütün metro stansiyalarında
“Nar Mobile” artıq metropolitenin bütün stansiyalarında abunəçilərə tam çeşidli rabitə xidmətləri göstərəcək. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir.
“Sahil”, “Nəsimi”, “28 May”, “Memar Əcəmi”, “Azadlıq” və “Dərnəgül” metro stansiyalarında operatorun mobil rabitə xidmətlərindən istifadə mümkündür.
“Bu yaxınlarda “Nar Mobile” abunəçiləri rabitə xidmətlərinin tam çeşidindən Bakının bütün metro stansiyalarında yararlana biləcəklər. Artıq bəzi stansiyalarda abunəçilərimiz bu xidmətlərdən istifadə edə bilərlər. “Nar Mobile”-ın hazırkı, texniki bazası bizə imkan verir ki, yaxın zamanlarda bütün stansiyalarda tam mobil rabitə xidməti göstərək.
Bu isə, öz növbəsində abunəçilərimizin mobil xidmətlərdən istifadə radiusunu genişləndirəcək və rahatlaşdıracaq. Hər zaman olduğu kimi, bu il də “Nar Mobile” mobil operatoru bir çox yeniliklərə imza atmaq niyyətindədir. Sonuncu nailiyyətlərimiz bu siyasətin davamıdır,” – deyə “Azerfon” şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.
Qeyd edək ki, “Nar Mobile”-ın təqdim etdiyi mobil xidmətdən yalnız stansiyalarda deyil, həmçinin tunellərdə belə istifadə etmək mümkün olacaq. Hazırda operator 14,4 mbps sürəti ilə “3G” mobil rabitə xidməti göstərir.
12/04/12 Çap et