Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın illərdə aşağı orbitə məsafədən zondlama peykinin buraxılması reallaşa bilər


Azərbaycanda kosmik sənayenin inkişafını əks etdirən dövlət proqramı layihəsi hazırlanıb. "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanan layihə artıq təsdiq edilməsi üçün hökumətə təqdim olunub.

Məsələ ilə bağlı danışan adıçəkilən nazirliyin Aerokosmik Agentliyinin baş direktoru Alçın Şirinzadə deyib ki, layihəyə 2016-cı ilə qədərki dövrü əhatə edən proqramda kosmik sənaye müəssisələrinin yaradılması, bəzi cihazların ölkədə istehsalı, kadrların hazırlanması, aşağı orbitə peykin buraxılması və s. daxildir: «Məndə olan məlumata görə, artıq proqramın layihəsi təsdiqini gözləyir».

A.Şirinzadə onu da əlavə edib ki, aşağı orbitə məsafədən zondlama peykinin buraxılması istiqamətində təkliflər mövcuddur və bunun da yaxın illərdə reallaşacağı gözlənilir.
 
SEYMUR




12/04/12    Çap et