Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz daxil olan internet-trafikin sürəti üzrə dünyada 115-ci yeri tutub


"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir

Bakı üzrə bu göstərici 2,80 Mbit/s, Sumqayıt üzrə isə 1,69 Mbit/s təşkil edir.Nəticələr şirkətin martın 12-dən aprelin 10-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 228 811 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə 115-ci yeri tutub. Reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 5,88 Mbit/s ("Eurosel"), minimum isə 1,40 Mbit/s ("Azerfon") təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 108-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,17 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,04 Mbit/s, Sumqayıt üzrə isə 0,64 Mbit/s təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 5,36 Mbit/s (UNDP/AzNET Project şəbəkəsi), minimum isə 0,47 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.
 





12/04/12    Çap et