Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər terrorizmlə mübarizə aparanları da hədəf seçdi


Britaniya komandanlığının terrorizmlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş bölməsinin «qaynar xətt»inə gün ərzində "TeaMp0ison" haker qruplaşması tərəfindən "DDoS" hücum edilib. Kibercinayətkarlar bu vaxt ərzində "Asterisk" proqramı vasitəsilə 700-dən çox telefon zəngi ediblər.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, haker hücumunun başa çatmasından bir neçə saat sonra, ehtimal ki, qruplaşmanın rəhbəri olan "TriCk" ləqəbli haker London polisinin ofisinə  zəng vurub və özü ilə bağlı yanlış məlumat verərək "telefon bombası" haqqında bildirib.
Hadisənin araşdırılması Skotland-Yardın kibercinayətkarlıqla mübarizə aparmaq üçün nəzərdə tutulmuş bölməyə tapşırılıb.

Hakerlər bildiriblər ki, hücum "Böyük Britaniyanın terrorizmlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş bölməsini terrorizmdə şübhəli bilinən Britaniya müsəlmanlarının ABŞ-a ekstradisiyasına görə cəzalandırmaq" məqsədi ilə həyata keçirilib.
 
EMİL
 
 





13/04/12    Çap et