Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft”a itki üz verib
“Microsoft” kollektivi daha bir dəyərli əməkdaşını itirib. Proqram nəhənginin rəqibi – internet nəhəngi “Google” onu ələ keçirib. Həmin əfsanəvi əməkdaş “Microsoft”un bütün mövcudluğu dövründə tarixə ən gənc layihə meneceri kimi düşmüş Sanaz Axaridir. Sanaz Axari “Microsoft Live” bölməsində layihə meneceri vəzifəsinə 23 yaşında qəbul olunub. İndi onun 29 yaşı var. Bu şirkətdə Sanaz Axarinin ümumi iş stajı 7 il yarım təşkil edir.
Sanaz Axari “Microsoft”dan gedişinə qədər “Bing” axtarış xidmətinin təkmilləşdirilməsi ilə məşğul olub. Bu gün Sanaz rəsmən “Microsoft”dan gediş faktını və “Google”da işə razılıq faktını təsdiqləyib. O, “Google”un məşhur işçisi Nil Mohan ilə sıx əməkdaşlıq edəcək. Qeyd edək ki, “Microsoft” vaxtında onun komandada qalması üçün 100 milyon dollar ödəyib. “Google”un Sanaz üçün hansı məbləği təklif etdiyi hələlik məlum deyil.
06/07/11 Çap et